Yüklənir
Pulum.az logo
az
ru
Haqqımızda Necə almalı Necə ödəməli Sənədlər Sual-cavab
Daxil olun
az
ru
Daxil ol
Haqqımızda Necə almalı Necə ödəməli Sənədlər Sual-cavab
+994 12 311-30-91 info@pulum.az

Sual-cavab

Kredit haqqında Ödəniş haqqında Digər suallar IBAN hesab nədir?

Kredit haqqında

Pulum.az-da eyni vaxtda bir neçə kreditə sahib ola bilərəmmi?
Eyni anda bir neçə kreditə sahib ola bilməzsiniz, lakin Pulum.az mövcud kreditə əlavə məbləğ əldə etmək imkanını təqdim edir. Əlavə məbləğin əldə edilməsi imkanları ilə Pulum.az profilinizdə tanış ola bilərsiniz.
Mövcud kreditə əlavə məbləğ almaq mümkündürmü?
Əgər aktiv kreditiniz varsa və mövcud limit 25 AZN-ə bərabər və ya ondan artıqdırsa, Pulum.az profiliniz vasitəsilə və ya bizə müraciət edərək mövcud kreditə əlavə məbləğ əldə etmək imkanınız var. Əlavə məbləğ verildikdə ödəniş müddəti uzadılır və aylıq kredit ödənişinizin məbləği dəyişir (burada aylıq ödənişin hesablanması məntiqinə baxın). Yenilənmiş məlumat profilinizdə mövcud olacaq.
Hansı məbləğdə kredit ala bilərəm?
100 manatdan 3000 manata kimi kredit üçün müraciət edə bilərsiniz
Pulum.az-dan kredit almaq üçün nə tələb olunur?
Kredit əldə etmək üçün:
  • Siz Azərbaycan Respublikasının vətəndaşı olmalısınız;
  • Yaşınız ən azı 18 və 65-dən çox olmamalıdır;
  • Sizə Azərbaycan banklarından birində hesab/kart və və aktiv nömrəsi olan mobil telefon lazımdır.
Pulum.az-dan kredit almaq üçün hansı sənədlər tələb olunur?
Kredit almaq üçün sizə yalnız mobil telefon, etibarlı (müddəti bitməmiş) şəxsiyyət vəsiqəsi və Azərbaycan banklarından birində hesab/kart və lazımdır.
Əgər bankdan və ya başqa kredit təşkilatından artıq kredit almışamsa, kredit götürə bilərəmmi?
Bəli, kredit üçün müraciət edə bilərsiniz, lakin kredit ödənişlərində gecikmələr olubsa və ya siz borclular siyahısına daxil olmusunuzsa, habelə cari öhdəlikləriniz (borclarınız) mümkün kredit məbləğinin həddini keçibsə, imtina almaq ehtimalı var.
Mənə niyə kredit verilmədi?
Təəssüf ki, aşağıdakı hallarda sizə kredit verə bilməyəcəyik:
  • Mənfi kredit tarixçəniz varsa və ya cari öhdəlikləriniz (borclarınız) mümkün kredit məbləği həddini aşdıqda;
  • Qeydiyyat zamanı yanlış və ya qeyri-dəqiq məlumatlar təqdim edilmişdir;
  • 18 yaşdan kiçik və ya 65 yaşdan yuxarısınız;
  • Cari öhdəlikləriniz (borclarınız) mümkün kredit məbləği həddini aşır və ya gəliriniz çox aşağıdır.
Kredit məbləği hesabıma nə zaman daxil olacaq?
Kreditiniz təsdiq edilərsə, bir gün ərzində sizə pul göndərəcəyik. Kart və ya elektron pul kisəsi ilə ödəniş bir neçə dəqiqə çəkir. IBAN hesabınıza köçürülən məbləğ bankınızın proseslərin sürətindən asılıdır və 10 dəqiqədən 3 iş gününə qədər vaxt apara bilər.
Aylıq ödəniş necə hesablanır?
Ödənişə daxildir:
  • Cari dövr üçün istifadə edilmiş kredit məbləği üzrə faiz – gündəlik 0,2%;
  • Aylıq ödənişin ən azı 30 AZN olması nəzərə alınmaqla, qalan əsas borcun 4%-i və ya daha çoxu;
Qeyd! Aylıq ödəniş məbləği sabit deyil və aydan aya dəyişə bilər. Bu onunla bağlıdır ki, hər ödənişlə kredit qalığı azalır, yəni hesablanan faizlərin məbləği də dəyişir. Bu sxem zamanla daha az ödəniş etməklə, krediti daha tez bağlamağa imkan yaradır.
Ödəniş tarixini necə seçmək olar?
Kredit üçün müraciət edərkən rahat aylıq ödəniş tarixini seçə bilərsiniz. Bu, maliyyənizi daha yaxşı planlaşdırmağa və ödənişləri sizin üçün ən münasib vaxtda həyata keçirməyə imkan yaradır. Əmək haqqının/müavinətlərin/pensiyaların müntəzəm alındığı tarixdən bir neçə gün sonraki tarixi seçməyi tövsiyə edirik. Bu, vaxtında ödəməyi asanlaşdıracaq. Mövcud tarixlər hər ayın 1-dən 28-dəkdir. Nəzərə alın ki, bu günlər bütün aylarda olmadığı üçün 29, 30 və ya 31-i seçmək mümkün deyil. Uyğun bir tarix seçin və maliyyənizi rahatlıqla idarə edin!
Aylıq ödəniş tarixini dəyişmək mümkündürmü?
Əgər sizin maaş/müavinət/pensiya alma tarixiniz dəyişibsə və bu, ödənişlərin vaxtında edilməsini çətinləşdirirsə, biz aylıq ödənişin tarixini dəyişdirməyi nəzərdən keçirə bilərik. Tarixin dəyişdirilməsi xidməti Pulum.az qiymət cədvəlinə uyğun olaraq ödənilir və 6 ayda bir dəfədən çox olmayaraq istifadə edilə bilər. Dəyişikliklər etmək üçün Pulum.az-ın əməkdaşı əmək haqqının/müavinətlərin/pensiyanın alınması tarixinin dəyişdirilməsi faktını təsdiq edən sənəd tələb edə bilər.
Nə səbəbdən aldığım kredit məbləği müraciət etdiyim kredit məbləğindən daha azdır?
Kredit təqdim edildikdə, verilən məbləğinin 15%-i həcmində birdəfəlik komissiya tutula bilər və hesabınıza/kartınıza komissiya çıxılmaqla məbləğ köçürülür.

Ödəniş haqqında

Kredit ödənişlərini harada edə bilərəm?
Kredit üçün ödənişləri aşağıdakı üsullarla edə bilərsiniz:
  • Saytda bank kartı vasitəsilə Pulum.az
Krediti vaxtından əvvəl qaytara bilərəmmi?
Bəli. İstənilən vaxt krediti qaytara bilərsiniz.
Krediti bir neçə ödənişlə ödəyə bilərəmmi?
Bəli, minimum aylıq ödəniş etməklə krediti bir neçə hissəyə ayıra bilərsiniz. Bu yolla siz kredit məbləğini tədricən azaldacaqsınız. Minimum aylıq ödənişin məbləği və tarixi haqqında məlumatı istifadəçi profilinizdə və ya ödəniş terminallarında əldə etmək olar.
Minimum aylıq ödənişdən artıq ödəniş edə bilərəmmi?
Bəli, minimum ödənişdən artıq ödəniş etmək mümkündür. Artıq ödənişin həcmindən asılı olaraq kreditin əsas məbləği azalacaq, aylıq ödəniş isə artırılacaq.
Növbəti ödənişin tarixini və məbləğini harada görə bilərəm?
Minimum aylıq ödənişin məbləği və tarixi haqqında məlumatı istifadəçi profilinizdə və ya ödəniş terminallarında əldə etmək olar. Kreditin şərtlərinə uyğun olaraq, aylıq ödəniş müştərinin profilində formalaşır və aylıq ödəniş tarixindən ən geci 14 gün əvvəl ödəniş üçün əlçatandır.
Başqa bir şəxs üçün ödəniş edə bilərəmmi?
Bəli, onun şəxsi FİN kodunu bilsəniz, ödəniş terminallarında başqa bir şəxs üçün ödəniş edə bilərsiniz.
Mən bu ay artiq ödəniş etmişəm. Nə səbəbdən məndən aylıq ödənişi yenidən ödəməyi tələb edirlər?
Əgər siz artıq ödəniş etmisinizsə, lakin hələ də qarşıdan gələn ödəniş haqqında xatırlatma varsa, bunları yoxlamağı tövsiyə edirik:
  • Son aylıq ödənişinizi tam ödəmisiniz və ya ödənilməmiş qalıq var?
  • Ödənişinizi çox erkən etmisiniz? Kreditin şərtlərinə uyğun olaraq, aylıq ödəniş müştərinin profilində formalaşır və aylıq ödəniş tarixindən ən geci 14 gün əvvəl ödəniş üçün əlçatandır. 14 gündən tez alınan ödənişlər kreditin əsas məbləğinin vaxtından əvvəl ödənilməsinə yönəldiləcək. Bu halda aylıq minimum ödəniş də ödənilməlidir.
Bir neçə aylıq ödənişləri əvvəlcədən ödəmək mümkündürmü?
Xeyr. Kredit xəttinin şərtlərinə uyğun olaraq, hər bir aylıq ödəniş müştərinin profilində yaradılır və aylıq ödəniş tarixindən ən geci 14 gün əvvəl ödəniş üçün əlçatandır. Bu səbəbdən hələ yaranmamış ödənişləri əvvəlcədən ödəmək mümkün olmayacaq. 14 gündən tez alınan ödənişlər kreditin əsas məbləğinin vaxtından əvvəl ödənilməsinə yönəldiləcək. Hər bir qismən erkən ödəniş növbəti ödənişlərin və faizlərin məbləğinin azalmasına gətirib çıxarır, həmçinin kreditin tam ödənilməsi müddətini qısaldır.

Digər suallar

Hesab nömrəmi necə dəyişə bilərəm?

IBAN hesabının dəyişdirilməsi üçün qeydiyyat zamanı göstərilmiş elektron poçtunuzdan iban@pulum.az ünvanına məktub yazın.

Məktuba mütləq:

  • şəxsiyyət vəsiqənizin hər iki üzünün fotoşəklini əlavə edin;
  • şəxsiyyət vəsiqəsi ilə selfi şəkil əlavə edin;
  • göstərilmiş hesab üzrə rekvizitləri əlavə edin;
  • Məktubun mövzusunda “Hesabı dəyişmək” qeyd edin.
Diqqət! Hesab məhz Sizə məxsus olmalıdır.
Elektron poçt ünvanımı necə dəyişə bilərəm?

Elektron poçt ünvanınızı dəyişmək üçün, Pulum.az saytında şəxsi kabinetinizə daxil olun, “Mənim hesabım” bölməsində “Əlaqələr” bölməsini tapın və “Məlumatları dəyişdirmək” üzərinə klikləyin, sonra üzünüzün aydın göründüyü selfi şəklini yükləyin və “Göndərmək” düyməsini sıxın. Əməliyyat uğurlu olarsa, lazımi məlumatları dəyişdirmək üçün 3 dəqiqə vaxtınız olacaq.

Siz həmçinin info@pulum.az ünvanına yeni e-poçtunuzdan məktub yaza bilərsiniz

Məktuba

  • hər iki tərəfdən şəxsiyyət vəsiqənizin şəklini əlavə edin;
  • şəxsiyyət vəsiqənizlə selfi şəklini əlavə edin;
  • Mövzu hissəsində “E-poçtun dəyişdirilməsi” qeyd edin.
Telefon nömrəsini necə dəyişmək olar?

Telefon nömrənizi dəyişmək üçün, Pulum.az saytında şəxsi kabinetinizə daxil olun, “Mənim hesabım” bölməsində “Əlaqələr” bölməsini tapın və “Məlumatları dəyişdirmək” üzərinə klikləyin, sonra üzünüzün aydın göründüyü selfi şəklini yükləyin və “Göndərmək” düyməsini sıxın. Əməliyyat uğurlu olarsa, lazımi məlumatları dəyişdirmək üçün 3 dəqiqə vaxtınız olacaq.

Siz həmçinin info@pulum.az ünvanına yeni e-poçtunuzdan məktub yaza bilərsiniz

Məktuba:

  • hər iki tərəfdən şəxsiyyət vəsiqənizin şəklini əlavə edin;
  • şəxsiyyət vəsiqənizlə selfi şəklini əlavə edin;
  • aktual mobil nömrənizi yazın;
  • Mövzu hissəsində “Telefon nömrənin dəyişməsi” qeyd edin.
Bağlanmış müqavilə Pulum.az verilənlər bazasında hansı müddət ərzində saxlanılır?
Bağlanmış müqavilə verilənlər bazasında qeyri-məhdud müddət ərzində saxlanılır. Müqavilə müştəridən yazılı sorğu alındıqdan sonra iki həftə ərzində müştəri tərəfindən göstərilmiş ünvana göndəriləcək.
Pulum.az saytındakı şəxsi kabinetimin şifrəsini unutmuşam. Nə etməliyəm?
Buradan şifrəni burada sorğulaya bilərsiniz. Elektron poçt ünvanınızı daxil edin və biz Sizə müvəqqəti şifrə göndərəcəyik. Bundan sonra Siz Pulum.az saytındakı şəxsi kabinetinizə daxil olmalı və şifrənizi dəyişməlisiniz
Krediti al
₼
Kredit məbləğini seçin
100 AZN
100
3000
  • Hesaba alacağınız məbləğ
  • Komissiya
    Komissiya haqqı kredit məbləğindən dərhal tutulur və bu müştərinin hesabına köçürülən məbləği azaldır.
Almaq 100 AZN
994123113091
info@pulum.az
9:00 - 20:00
Şirkət
Pulum.az haqqında Əlaqələr Qiymət cədvəli
Müştərilər üçün
Krediti necə almalı Krediti necə ödəməli Sənədlər Sual-cavab

© 2025  Pulum.az  All rights reserved

"SF Azerbaijan" bank olmayan kredit təşkilatı, 24.12.2021 tarixli BKT-44 saylı lisenziya, VOEN 1405686861