Yüklənir
Pulum.az logo
az
ru
Haqqımızda Necə almalı Necə ödəməli Sənədlər Sual-cavab
Daxil olun
az
ru
Daxil ol
Haqqımızda Necə almalı Necə ödəməli Sənədlər Sual-cavab
+994 12 311-30-91 info@pulum.az

Krediti necə almalı

Biz arayış, girov və zamin istəmədən pul kreditləri veririk. Kreditləri Pulum.az saytından onlayn və ya Müştəri Xidmətləri Mərkəzindən əldə edə bilərsiniz. Onlayn kredit almaq çox asandır:

Addım 1 - Kredit məbləğini seçin

Saytımızdakı kalkulyatordan istifadə edərək kredit məbləğini özünüz seçirsiniz. Siz dərhal komissiya məbləğini və hesablanacaq məbləği görəcəksiniz. Kreditin minimum məbləği 100, maksimum məbləği isə 3000 AZN-dir. Əgər sizin Pulum.az-da artıq profiliniz və ya ödənilmiş kreditiniz varsa, proses mümkün qədər sadə olacaq - qeydiyyat tələb olunmur və siz dərhal sadələşdirilmiş müraciətə keçəcəksiniz.

Addım 2 - Profili qeydiyyatdan keçirin

FIN, e-poçt və aktiv telefon nömrənizi daxil edin, "SMS kodu əldə et" düyməsini basın. Qeyd etdiyiniz mobil telefon nömrəsinə unikal və birdəfəlik kodlu mesaj göndəriləcək. SMS almaq 3 dəqiqəyə qədər çəkə bilər, lakin o, adətən daha tez çatır. Sonra, SMS kodunu müvafiq bölümə daxil edin. Kredit şərtlərini və digər sənədləri diqqətlə oxuyun, təsdiq işarələrini qoyun.

Addım 3 - Formanı doldurun

Kreditinizin tərəfimizdən təsdiq edilməsi üçün Siz bizə doğru məlumat təqdim etməlisiniz. Kreditin alınması üçün mütləq tələb – adınıza olan IBAN hesabı və ya Azərbaycan Respublikasının istənilən bankın kartı nömrəsi. Bank hesabı, kart sizə məxsus olmalıdır.

Addım 4 - Kreditin verilməsi ilə bağlı qərarı gözləyin

Qeydiyyat zamanı qeyd etdiyiniz telefon sizinlə olmalıdır. Ehtiyac duyularsa, operator ona zəng edərək bir neçə dəqiqləşdirici suallar verə bilər. Yekun qərar SMS və e-poçt vasitəsilə göndəriləcək. Müraciətə baxılması üçün ümumi vaxt təxminən 5 dəqiqədir.

Addım 5 - Kredit təsdiq edildi!

Təsdiq edilərsə, tərəfimizdən məbləğ həmin gün dərhal sizə göndəriləcək. Kredit müqaviləsi və digər sənədlər e-poçt ünvanınıza göndəriləcək. Pulum.az saytındakı şəxsi kabinetinizdə aylıq ödənişin məbləği və tarixi ilə bağlı məlumatlara hər zaman baxa bilərsiniz.

Krediti al
₼
Kredit məbləğini seçin
100 AZN
100
3000
  • Hesaba alacağınız məbləğ
  • Komissiya
    Komissiya haqqı kredit məbləğindən dərhal tutulur və bu müştərinin hesabına köçürülən məbləği azaldır.
Almaq 100 AZN
994123113091
info@pulum.az
9:00 - 20:00
Şirkət
Pulum.az haqqında Əlaqələr Qiymət cədvəli
Müştərilər üçün
Krediti necə almalı Krediti necə ödəməli Sənədlər Sual-cavab

© 2025  Pulum.az  All rights reserved

"SF Azerbaijan" bank olmayan kredit təşkilatı, 24.12.2021 tarixli BKT-44 saylı lisenziya, VOEN 1405686861