Siz hər ay özünüz tərəfindən seçilmiş ödəniş tarixində ya kredit məbləğini tam şəkildə ödəyə, ya da minimal ödənişi həyata keçirməklə növbəti ödəniş tarixinədək vəsaitdən istifadə edə bilərsiniz.
Aylıq ödənişlərinizi vaxtında ödəməklə siz kredit tarixçənizi qoruyub saxlayacaq və əlavə məbləğ və ya növbəti krediti daha sərfəli şərtlərlə əldə etmək şansınızı artıracaqsınız.
Ödənişlərin vaxtında həyata keçirilməsi Sizin kredit tarixçənizin qorunmasına kömək edir və gələcəkdə yeni kreditlərin əldə olunması imkanlarınızın artmasına şərait yaradır.
Vacibdir! Kreditin şərtlərinə uyğun olaraq, aylıq ödəniş müştərinin profilində formalaşır və aylıq ödəniş tarixindən ən geci 14 gün əvvəl ödəniş üçün əlçatandır. 14 gündən tez alınan ödənişlər kreditin əsas məbləğinin vaxtından əvvəl ödənilməsinə yönəldiləcək. Bu halda aylıq minimum ödəniş də ödənilməlidir.
Aşağıdakı ödəniş üsullarından birindən istifadə edərək ödəniş edə bilərsiniz: